Avropa İttifaqında (Aİ) 232 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərindən istifadənin Ukraynaya sabit maliyyə dəstəyini təmin etmək üçün yeganə real yol olduğuna inam artır.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Aİ rəsmilərinin fikrincə, alternativ maliyyə mənbələri faktiki olaraq tükənib. Agentliyin məlumatına görə, Aİ gələn həftəyə planlaşdırılan liderlərin Brüssel sammitində Rusiya aktivlərinin istifadəsi ilə bağlı siyasi konsensusa nail olmaq niyyətindədir.
Razılaşmadan sonra Avropa Komissiyası 2026-cı ilin ikinci rübündə ilkin olaraq vəsaitlərin Ukraynaya yönləndirilməsi mexanizminin hüquqi bazasını hazırlamağa başlayacaq.
Aİ-də müzakirə olunan planlar Rusiyanın aktivləri ilə Ukraynaya təxminən 163 milyard dollar kredit verilməsini nəzərdə tutur. Vəsaitlərin Moskvaya qaytarılması yalnız Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməyə razı olduğu halda mümkün olacaq.