14 oktyabr 2025 09:16
112

Mali məktəblərində Fransa inqilabına dair məlumatlar tədrisdən çıxarılıb

Mali məktəblərində Fransa inqilabına dair məlumatlar tədris proqramından çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Afrika Radiosu məlumat yayıb. Bildirilir ki, 9-cu sinfin proqramında ayrıca yer alan fənnin tədrisi Təhsil Nazirliyinin qərarı ilə dayandırılıb. Qərar təcili qaydada qəbul edilib və səbəbləri ilə bağlı heç bir rəsmi məlumat verilmir. Qaydanı pozanların cəzalandırılacağı bildirilir.

Boşalan dərs saatlarında isə Mali və Afrika tarixi tədris olunacaq. Ekspertlər bu addımı tədris suverenliyi yolunda atılan addım kimi dəyərləndirirlər.