Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın administrasiyası ilə “böyük sövdələşmə” bağlamağa hazır olduğunu bəyan edib. O, ABŞ Belarusun maraqlarını nəzərə alacağı təqdirdə Amerika tərəfinin tələb və istəklərini yerinə yetirməyə hazır olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Biz onlarla böyük sövdələşməyə hazırıq. Tərəzinin bir tərəfində onların sualları, xahişləri və tələbləri, digər tərəfində isə bizim suallarımız və tələblərimiz var. Biz bunu həll edəcəyikmi? Gəlin, həll edək. Biz buna hazırıq. Mən Donald Trampın bununla bağlı təklifləri ilə razıyam", - Aleksandr Lukaşenko qlobal beynəlxalq vəziyyətlə bağlı iclasda deyib.