14 oktyabr 2025 14:07
132

Tramp-Zelenski görüşündə hansı məsələlər müzakirə ediləcək?

Donald Tramp oktyabrın 17-də Ağ Evdə Vladimir Zelenski ilə görüşəcək. “Tomaqavk” raketlərinin Kiyevə ötürülməsi müzakirə mövzuları arasında olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Amerika lideri jurnalistlərlə görüşmək barədə razılığı təsdiqləyib. Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, baş nazir Yuliya Svırıdenkonun rəhbərlik etdiyi nümayəndə heyəti artıq ABŞ-a yola düşüb.

Bundan əvvəl Zelenski öz Telegram kanalında Trampla iki telefon danışığından bəhs edib. Onlar hava hücumundan müdafiə, enerji, Tomaqavk raketləri və Ukrayna Silahlı Qüvvələrinin uzaq mənzilli raket imkanlarının artırılmasını müzakirə ediblər.

NBC News xəbər verir ki, bu mövzular iki prezidentin təkbətək görüşündə diqqət mərkəzində də olacaq.