14 oktyabr 2025 14:35
115

MM Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini təsdiqləyəcək

Milli Məclisdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiq ediləcək.

“İki sahil” xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin oktyabrın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, plenar iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.