Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İlyas Topsakal Azərbaycanın ABŞ-dəki səfirliyində olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik nümayəndəliyinin "X" hesabında paylaşım edilib.
"Dəyərli qardaşımız cənab Topsakala səmimi ziyarəti və məhsuldar müzakirə üçün təşəkkür edir, qardaş Türkiyə və türk dünyası ilə aramızdakı qardaşlıq, dostluq və həmrəyliyin hər gün daha da güclənməsini arzu edirik", - paylaşımda vurğulanıb.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib