Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
3. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
14. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
15. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
16. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.