15 oktyabr 2025 10:03
126

Partlamamış bombalar Qəzzada "böyük" risklər yaradır - Minalardan təmizləmə təşkilatı

Qəzzada partlamamış hərbi sursat ABŞ-ın rəhbərlik etdiyi atəşkəs zamanı evlərinə qayıdan köçkünlər üçün "böyük" risklər yaradır.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, Handikap İnternational qeyri-hökumət təşkilatı çərşənbə axşamı xəbərdarlıq edərək, minalardan təmizləmə üçün lazım olan avadanlığın daxil olmasına çağırıb.

Təşkilatın Fələstin əraziləri üzrə direktoru Anne-Kler Yaeş, "Risklər böyükdür - müharibə başlayandan bəri Qəzzaya təxminən 70,000 ton partlayıcı atılıb", - deyib.

Qeyd edək ki, Handikap İnternational minaların təmizlənməsi və piyada əleyhinə minaların qurbanlarına yardım üzrə ixtisaslaşmışdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”