15 oktyabr 2025 10:25
140

Mehmet Süreyya Er: TÜRKPA-nın uğurlu fəaliyyətində Azərbaycan parlamentinin verdiyi dəstək çox önəmlidir

Gözəl bir qurumda dörd il boyunca çox faydalı fəaliyyət göstərdik. Əlbəttə ki, bunda ev sahibi ölkənin parlamentinin rəhbərliyi və əməkdaşlarının bizə verdiyi dəstək çox önəmlidir.

“İki sahil” xəbər verir ki, TÜRKPA-nın sabiq Baş katibi Mehmet Süreyya Er Baş katib səlahiyyətlərinin Ramil Həsənə təhvil verilməsinə dair rəsmi mərasimdə çıxışı zamanı deyib.

O bildirib ki, türk dünyasındakı əməkdaşlıq hər ötən gün artır:

“Bunda dövlət başçılarımızm güclü iradəsinin payı çoxdur. Bundan sonra da TÜRKPA olaraq ortaq hədəfə doğru irəliləyəcəyik”.