2027-ci ilin əvvəlinə kimi Şuşada 45 bina tikilib təhvil veriləcək.
“İki sahil” bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək.