Sükan arxasında mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.
Həmçinin qeyd edilib ki, telefonla məşğul olan sürücünün reaksiyası 2-3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır.
"Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir",-qurumdan əlavə olunub.