16 oktyabr 2025 15:15
110

"Real" klubu futbolçusunun müqaviləsinin müddətini uzatmaq istəmir

İspaniyanın "Real" klubu futbolçusu Antonio Rüdigerlə müqavilənin müddətini uzatmaq istəmir.

“İki sahil” "Bild" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi 2026-cı ilin yayında Madrid təmsilçisindən ayrıla bilər.

Almaniyalı oyunçu komandanın baş məşqçisi Xabi Alonsonun planlarına daxil deyil. Mütəxəssis Rüdigerin qeyri-sabit çıxış etdiyini düşünür və tez-tez zədələndiyi üçün bu fikirdədir.

Futbolçu hazırda da zədəlidir və dekabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən "Real"da çıxış edir.