Almaniyanın "Bavariya" komandasının futbolçusu Dayot Upamekano karyerasını İspaniyada davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, “Real Madrid” 26 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. “Kral klubu” fransalı oyunçu üçün 20 milyon avro ödəməyi planlaşdırır.
Onun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
Dayot Upamekano bu mövsüm Bundesliqada altı oyun keçirib.