16 oktyabr 2025 15:24
133

Kreml: Çin və ABŞ arasındakı ticarət müharibəsi bütün dünyaya təsir edəcək

Vaşinqton və Pekin arasında ticarət müharibəsinin eskalasiyası dünya iqtisadiyyatına təsir edəcək.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çinlə ticarət müharibəsi qaçılmaz olaraq bütün dünyaya və iqtisadiyyatlara təsir edəcək", - o qeyd edib.