Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.
İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib