Təxminən 3000 Britaniya vətəndaşı Amerikanın Johnson & Johnson (J&J) şirkətinə qarşı kütləvi davaya qoşulub.
“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İddiaçılar J&J-ni pudrasının tərkibində asbest olduğuna görə xərçəngə səbəb olduğunu bilə-bilə istehsal edib satmaqda ittiham edirlər.