16 oktyabr 2025 19:31
110

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi barəsində həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.

Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür.

Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.