17 oktyabr 2025 08:57
155

MPL: “Şamaxı” “Kəpəz”lə, “Turan Tovuz” “Qarabağ”la qarşılaşacaq

Bu gün Misli Premyer Liqasında 8-ci tur start götürəcək.

“İki sahil” xəbər verir ki, bununla da çempionatdakı 12 günlük fasilə başa çatacaq.

İlk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Şamaxı" "Kəpəz"i qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq.

Digər qarşılaşmada "Turan Tovuz" evdə son çempion "Qarabağ"ı qəbul edəcək. Bu oyun isə saat 19:00-da start götürəcək. 

Turun digər matçları 18 və 19 oktyabr tarixlərində oynanılacaq.

Misli Premyer Liqası,

8-ci tur

17 oktyabr (cümə)

14:30. “Şamaxı”– “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Şamaxı şəhər stadionu

19:00. “Turan Tovuz” – “Qarabağ” 
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Azersun Arena”

18 oktyabr (şənbə)

14:30. “İmişli” – “Qəbələ

18:00. “Sumqayıt” – “Karvan-Yevlax”

19 oktyabr (bazar) 

16:00. “Sabah” – “Zirə”

18:30. “Neftçi” – “Araz-Naxçıvan”