2020-ci ilin sentyabrın 27-dən başlayan ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Füzuli istiqamətində uğurlu əməliyyatlar apardı.Səkkiz gün davam edən döyüşlər nəticəsində 2020-ci il oktyabrın 17-də şəhər tamamilə azad edildi.Eyni gün Füzuli rayonunun bəzi kəndləri Qoçəhmədli,Çimən,Cuvarlı,Pirəhmədli,Musabəyli,İşıqlı və Dədəli – də işğaldan azad edildi.Azad edilmə xəbəri həmin gün dövlət başçısı İlham Əliyev tərəfindən xalqa elan olundu.Bu tarixi hadisə, Azərbaycan tarixində şanlı zəfərlərdən biri olaraq qeyd edilərək,xalqın yaddaşında virtual bir bayram kimi yer almağa başladı.
17 oktyabr tarixi Azərbaycan üçün əlamətdar və mənalı bir gündür – bu tarix 2020 – ci ilin Vətən Müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad edilməsi günü kimi yadda qalıb. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, bu gündən etibarən hər il oktyabrın 17-si ,,Füzuli Şəhəri Günü” kimi rəsmən qeyd olunur.Müdafiə Nazirliyi və Azərbaycan Ordusu müxtəlif hərbi hissələrdə mərasimlər təşkil edir:şəhidlər yad edilir,dövlət himni ifa olunur,çıxışlar keçirilir.Dövlət başçısı həmin gün Füzuli şəhərinə gəlir,şəhərə köçmüş sakinlər və ictimaiyyətlə görüşlər keçirir.
Rəsmi çıxışlarda vurğulanır ki,bu gün qəhrəmanların xatirəsi yad edilməli,vətən uğrunda şəhid olmuşlara hörmət göstərilməlidir.Bu gün xalq üçün həm itirilmiş,həm də yenidən qazanılmış torpağın xatirəsini yaşadır.Füzulinin azad edilməsi Azərbaycan xalqının zəfər salnaməsində mühüm səhifədir.Belə günlər xalqı birləşdirir,vətənpərvərlik duyğularını gücləndirir,şəhidlərin xatirəsinə ehtiram hissini tərənnüm edir.
Füzuli Günündə şəhərin yenidən ayağa qaldırılması,insanların dönüşü və yenidən həyat qurması sevinc dolu məqamlar kimi qeyd olunur.
Bu gün Füzuli təkcə bir coğrafi məkan deyil, millətin qürur simvoludur.
Azadlıqdan sonra burada tikilən hər bina,hər yol,hər məktəb şəhidlərin qanı ilə qazanılmış qələbənin rəmzidir.
17 oktyabr- Füzuli Şəhəri Günü, yalnız bir qələbənin deyil, bütün bir xalqın dirçəlişinin, tarixi ədalətin bərpasının, milli ruhun oyanışının rəmzidir.
Gülsarə Məmmədova,
Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin ingilis dili müəllimi