Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.

"İki bədəndə bir can - Türkiyə və Azərbaycan!
Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, qəhrəman Azərbaycan xalqına ürəkdən salamlarımızı çatdırırıq.
"Bir Millət, İki Dövlət" anlayışı ilə qardaşlarımızla həmişə bir və bərabər olmağa davam edəcəyik.
Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!" - paylaşımda qeyd olunub.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar