Noyabrın 19-20-də Beynəlxalq Muğam Mərkəzində İndoneziya səfirliyinin təşkilatçılığı ilə Bakıda birinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.
Bu ölkənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İndoneziya mədəniyyətinin müxtəlifliyi təqdim olunacaq. Həmçinin bu ölkənin mədəniyyət nümunələri, o cümlədən müxtəlif əyalətlərin musiqi və rəqsləri ifa ediləcək.
Eyni zamanda, tədbirə qatılan əyalətlərin iş adamları da Azərbaycana gələcək. Onlar ölkəmizlə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.