"Orta Dəhliz"in effektiv və dayanıqlı marşruta çevrilməsi üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında daha da sıx əməkdaşlıq və beynəlxalq maliyyə institutlarının gələcək dəstəyi lazımdır.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili deyib.
Gürcüstanlı nazir regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün Ermənistan, Azərbaycan və Türkiyə sərhədləri boyunca magistralın son hissələrinin tamamlanmasının vacibliyini vurğulayıb.
Laşa Xutsişvili əlavə edib ki, Gürcüstan və Azərbaycan "bir pəncərə" prinsipi əsasında birgə sərhəd-keçid məntəqələrinin yaradılması üzərində işləyir.