20 oktyabr 2025 09:59
87

Pirəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

20-24 oktyabr tarixlərində Pirəşkül və Ağdərədə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".