22 oktyabr 2025 09:28
116

Pakistan hərbi gəmisi Ərəb dənizində 972 milyon dollarlıq narkotik ələ keçirib

Birləşmiş Hərbi Dəniz Qüvvələrinin (CNF) beynəlxalq koalisiyasının tərkibində fəaliyyət göstərən Pakistan hərbi gəmisi Ərəb dənizində dəyəri 972 milyon dollardan çox olan narkotik vasitələri daşıyan iki yelkənli gəmini ələ keçirib.

“İki sahil” “AFP”yə istinadən xəbər verir ki, əməliyyat 48 saat ərzində həyata keçirilib.

Gəmilərdən bir neçə ton metamfetamin və az miqdarda kokain götürülüb. Məlum olub ki, tutulan gəmilərin heç bir dövlətə məxsusluğu müəyyən edilməyib.

Qeyd edək ki, Birləşmiş Dəniz Qüvvələri (JNF) qərargahı Bəhreyndə yerləşən 29 ölkədən ibarət koalisiyadır və onun fəaliyyəti Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı tərəfindən koordinasiya olunur.