22 oktyabr 2025 12:17
99

Prezidentdən Yaqub Eyyubovla bağlı - SƏRƏNCAM

Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.