22 oktyabr 2025 16:26
100

Suriyada xüsusi xidmət əməkdaşları ilə fransız silahlılar arasında toqquşma yaşanıb

Suriyanın şimal-qərbində Suriya təhlükəsizlik xidmətinin əməkdaşları ilə fransız millətindən olan silahlı qruplaşmalar arasında toqquşma baş verib.

“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Məlumata görə, Suriya təhlükəsizlik qüvvələri İdlib ətrafında fransız millətindən olan döyüşçülərin olduğu düşərgəni mühasirəyə alıblar. Onlar axtarışda olan fransız döyüşçülərini həbs etmək üçün düşərgəyə qarşı genişmiqyaslı əməliyyata başlayıblar.