23 oktyabr 2025 09:13
108

Maduro: Venesuelanın əsas hava müdafiəsi mövqelərində 5 min "İqla" raket kompleksi var

Venesuela Prezidenti Nikolas Maduro ölkənin silahlı qüvvələrinin əsas hava müdafiəsi mövqelərində 5 min "İqla-S" daşınan zenit-raket kompleksi (DZRK) yerləşdirdiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə VTV dövlət televiziyası məlumat yayıb.

O, "İqla-S" kompleksinin imkanları haqqında dünyanın bütün hərbi qüvvələrinin məlumatlı olduğunu vurğulayıb.

Venesuela Bolivar Respublikasının sülhünü, sabitliyini və əmin-amanlığını təmin etmək üçün hava müdafiəsinin əsas mövqelərində 5 min belə DZRK-ya malikdir.

Maduro qeyd edib ki, minlərlə hazırlıqlı DZRK operatoru ölkənin bütün ərazisi boyunca hava müdafiəsi üçün əlverişli mövqeləri tuta bilərlər. Maduroya görə, bu, "Vətənin alınmazlığı"nı təmin edəcək və heç kəs onun ərazisinə "girmək" imkanına malik olmayacaq.