Ermənistanda istintaq təcridxanasında olan iş adamı Samvel Karapetyanın "Öz yolumuzla" hərəkatının üzvü, vəkil Ruben Mxitaryan "Gümrü iğtişaşları" işi üzrə iki aylıq müddətə həbs edilib.
“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Vəkil oktyabrın 20-də Gümrüdə saxlanılıb. O, aksiya keçirilən yerdə hüquq müdafiəçisi qismində iştirak edib. Vəkillər Palatası artıq onun saxlanılmasını pisləyib və bunu qanunsuz hesab edib.
Məhkəmə həmçinin Gümrü Ağsaqqallar Şurasının üzvü Gevork Qukasyanı da iki ay müddətinə həbs edib. O, həbs edilmiş mer Vardan Qukasyanın qohumudur.
Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını izləmək üçün birgə hava patrulları həyata keçirəcək
İspaniya Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyə qərar verib
Cənubi Koreya Prezidenti Kim Çen İn və Tramp arasında görüş ideyasını dəstəkləyib