23 oktyabr 2025 15:32
130

SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb

23 oktyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumat verilib.