Azərbaycanda Arbitraj Mərkəzinin yaradılması mübahisəli məsələlərin həllinə böyük bir imkan yaradır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov Bakıda Arbitraj Mərkəzinin açılışı ilə bağlı keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.
O bildirib ki, arbitrajın formalaşması biznes tərəfdaşlığının qorunması çərçivəsində çox mühüm addımdır:
"Bu, ciddi ehtimad göstərilən mərkəzlərdən biri olacaq. Ölkədə artbitaj haqqında qanun 2023-cü ildə qəbul olunub. Artibritrajla bağlı beynəlxalq konvensiyaya əsaslanan prosedur qaydalar müəyyənləşib. Qanunvericiliyin qeyd olunan istiqaməti üzrə atılan bu addım hüquq sahəsində çalışanlar üçün böyük imkan yaradır. Arbitrajın olması məhkəmə sistemində geniş islahatların başladılmasına böyük imkan verir".
Elm və Təhsil Nazirliyi yaxın günlərdə repetitorlarla bağlı təkliflərlə çıxış edəcək