24 oktyabr 2025 15:44
98

Papa Leo: Avropada müharibə məntiqinə qarşı sülh üçün dua edək

Bu gün biz bir daha Avropada müharibə məntiqinin davam etdirilməsinin şahidi oluruq. Buna görə də sülh üçün səylə dua etməliyik.

“İki sahil” xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib. Roma Papası, həmçinin miqrantlara qarşı zorakılığın və qeyri-insani davranışın qəbuledilməz olduğunu bildirib: “Dövlətlərin öz sərhədlərini qorumaq hüququ və vəzifəsi var, lakin bu, sığınacaq vermək kimi mənəvi öhdəliklə tarazlaşdırılmalıdır”.

XIV Leo hədsiz texnoloji inkişafın və süni intellektin müxtəlif sahələrə və təhlükəsizliyə mənfi təsir göstərdiyini, “virtual” böhranın tərəqqi adı altında bərabərsizliklər yaratdığını və bunu artırdığını, iqlim böhranından isə ən çox kasıbların əziyyət çəkdiyini deyib.