Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib ki, Almaniya Enerjiyə Dəstək Fonduna 60 milyon avro ayıracaq.
“İki sahil” xəbər verir ki, o bunu özünün teleqram kanalında bildirib.
Onun sözlərinə görə, bu vəsait ölkənin kritik infrastrukturunun dayanıqlığını gücləndirməyə yönəldiləcək.
Y.Sviridenko vurğulayıb ki, bu qərara görə Almaniyanın enerji naziri Katerina Rayheyə təşəkkür edib.
Ukraynanın Baş naziri, həmçinin tərəflərin enerji üzrə birgə işçi qrupunun yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi barədə razılaşdıqlarını vurğulayıb.
"Dekabrda Berlində Ukrayna-Almaniya biznes forumu keçiriləcək. Bu da şirkətlərimiz arasında yeni tərəfdaşlıqlar üçün səmərəli platforma ola bilər", - Y.Sviridenko qeyd edib.
Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır
“China Energy” Qazaxıstanda günəş və külək elektrik stansiyalarının tikintisinə 1 milyard dollar sərmayə qoyur
Ukraynanın Baş naziri: Ölkəyə əlavə qaz idxal etmək üçün 2 milyard avro vəsait lazımdır