25 oktyabr 2025 14:12
461

Yapon turist Roma Panteonunun divarından yıxılaraq ölüb

Yaponiyalı turist İtaliyanın paytaxtı Romadakı Panteonun perimetr divarından yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, 70 yaşlı kişi təxminən 7 metr hündürlükdən xəndəyə yıxılıb. Mülki müdafiə qüvvələri Panteonun xaricindəki giriş qapısını açaraq ona çatmağa çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisənin başvermə səbəbini araşdırır.