25 oktyabr 2025 16:09
143

Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi portalında kişi adı ilə qeydiyyata alınıb, onun adı "Jan-Mişel" olaraq göstərilib.

“İki sahil” xəbər verir ki, sözügedən fakt barədə BFMTV kanalının sənədli filmində danışılıb.

Filmin anonsunda yayımlanan parçada birinci xanımın administrasiyanın rəhbəri Tristan Bomen ötən ilin sentyabrında vergi məlumatları yoxlanılarkən ortaya çıxan maraqlı faktdan danışır. Bomenin sözlərinə görə, xanım Makronun adı olan bölmədə Bricit yerinə "Jan-Mişel" yazılıb. Özü də bu xəta texniki deyil, xaricdən müdaxilə nəticəsində yaranıb.

Yelisey sarayı hadisəyə ciddi yanaşıb. Bricit Makron şikayət ərizəsi verib. Araşdırma zamanı məlumatların dəyişdirilməsində iki nəfər şübhəli bilinib.

Xatırladaq ki, 2022-ci ildə Bricitin guya kişi olaraq doğulduğu barədə iddialar ortaya çıxıb. Birinci xanım 2021-ci ildə buna bənzər iddialarla video dərc etmiş medium Amandin Roya və jurnalist Nataşa Reyə qarşı iddia qaldıraraq, onları böhtan atmaqda günahlandırıb. 2024-cü ilin martında Emmanuel Makron bütün bunları ağ yalan adlandıraraq şayiələri təkzib edib, bu kimi bəyanatların onda qəzəb hissi yaratdığını vurğulayıb.

Elə həmin ilin iyununda Parisdə məhkəmə prosesi başlayıb. Nəticədə Roy və Rey sentyabr ayında 13 500 avro məbləğində cərimələniblər.