25 oktyabr 2025 21:38
110

Gəncədə piyadanı maşın vurub

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, şəhər ərazisində "Toyota" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1956-cı il təvəllüdlü Natiq Bağırovu vurub.

O aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.