Almaniyanın Hessen əyalətinin Solms şəhərində bir evdə üç nəfərin meyitinin tapılması ilə əlaqədar polis araşdırma aparır.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, axşam saatlarında polisə bir neçə dəfə zəng edilərək evlərdən birinin həyətində yaralı şəxsin olması barədə məlumat verilib. Hadisə yerinə çatan polis əməkdaşları başından xəsarət almış bir nəfəri aşkarlayaraq xəstəxanaya yerləşdiriblər.
Həmin evdə axtarış aparılan zaman üç nəfərin meyiti müəyyən aşkarlanıb. Prokurorluq və polis əməkdaşları hadisənin səbəblərinin və ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparırlar. Xəstəxanada müalicə olunan yaralı şəxs hadisə ilə bağlı şahid qismində dindirilir.
Polis araşdırmaların davam etdirildiyini və yaxınlıqda yaşayan sakinlər üçün təhlükə olmadığını açıqlayıb.
İsrailin müdafiə naziri: Qəzzanın altındakı tunellərin 60%-i hələ də məhv edilməyib