26 oktyabr 2025 09:49
117

Bu gün İspaniya çempionatında mövsümün ilk “El Klasiko”su keçiriləcək

Bu gün İspaniya La Liqasında mövsümün ilk “El Klasiko”su keçiriləcək.

“İki sahil” xəbər verir ki, X tur çərçivəsində oynanılacaq “Real Madrid” – “Barselona” matçı Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. “Santyaqo Bernabeu”dakı görüşü baş hakim Sesar Soto Qrado idarə edəcək.

Qeyd edək ki, hazırda “kral klubu” 24 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi isə 22 xalla ikinci pillədə qərarlaşıb.