ABŞ yaxın vaxtlarda Yaponiya və Cənubi Koreya da daxil olmaqla Asiyadakı bir sıra tərəfdaşları ilə ya ticarət müqavilələri bağlayacaq, ya da bağlamağa yaxın olacaq.
“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində açıqlayıb.
"Cənub-Şərqi Asiya Amerikanın ən vacib müttəfiqlərindən və tərəfdaşlarından biridir. Bütün dünya sizə bərabərdir. Mən burada dostluq və xoşməramlılıq missiyası ilə, əlaqələrimizi, ticarətimizi dərinləşdirmək və təhlükəsizliyimizi gücləndirmək üçün gəlmişəm", - ABŞ lideri əlavə edib.
"Bu həftə Malayziya ilə müqaviləyə əlavə olaraq, Kambocadan Yaponiyaya və Cənubi Koreyaya qədər Hind-Sakit Okean bölgəsindəki bir çox digər tərəfdaşlarımızla ticarət müqavilələri imzaladığımıza və ya yaxınlaşdığımıza görə məmnunuq", - Tramp əlavə edib. O, qeyd edib ki, Vaşinqton enerji, texnologiya, süni intellekt, vacib minerallar və digər sənaye sektorlarında əməkdaşlığı inkişaf etdirmək istəyir.