Fransa polisi oktyabrın 25-i axşam saatlarında Luvr muzeyində oğurluq işi üzrə iki şübhəlini saxlayıb.
“İki sahil” "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, şübhəlilərdən biri Parisin Ruasi-Şarl-de-Qoll hava limanında Əlcəzairə uçmaq üçün təyyarəyə minməyə çalışarkən saxlanılıb.
İkinci şübhəli Sena-Sen-Deni departamentində aşkarlanıb. Muzeydən oğurlanmış səkkiz qiymətli əşya, həmçinin bu işlə bağlı digər iki şübhəli hələ tapılmayıb.
Xatırladaq ki, Luvr muzeyində oğurluq hadisəsi oktyabrın 19-da baş verib.