26 oktyabr 2025 16:16
113

"Melissa" qasırğası 4-cü kateqoriyaya qədər güclənib

Atlantik okeanında əmələ gələn "Melissa" qasırğası Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya qədər güclənib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi xəbər verib.

Məlumata əsasən, qasırğa qərbə 7 km/saat (4,3 mil/saat) sürətlə hərəkət edir. Sərhədləri daxilində küləyin maksimal sürəti 61 m/saniyəyə (205 mil/saat) çatır.

"Melissa" Yamaykanın Kinqston şəhərindən 195 kilometr cənub-şərqdədir. Yamayka və Haitinin bəzi yerlərində daşqın və torpaq sürüşməsi təhlükəsi elan edilib.