26 oktyabr 2025 20:44
105

Tramp Pakistan və Əfqanıstan arasındakı danışıqlardan danışıb

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin çox tez həllini təmin edəcəyini bildirib.

“İki sahil” Anadolu agentliyinə istinadla xəbər verir ki, Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirak edən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edib.

"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlar başlayıb. Mən bunun çox tez həll olunacağına əminəm", - deyə Tramp Pakistan liderlərini "gözəl insanlar" adlandırıb.

Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılıb.