26 oktyabr 2025 21:45
101

ABŞ-Mərkəzi Asiya sammiti Vaşinqtonda keçiriləcək

Mərkəzi Asiya ölkələri liderlərinin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə noyabrın 6-da Vaşinqtonda sammit keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı dəvətə görə Trampa təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Qazaxıstan Trampın daxili və xarici siyasətinin əsas məqsədlərini, xüsusən də sağlam düşüncə prinsiplərinə əsaslanan ənənəvi dəyərləri dəstəkləməsi, eləcə də sülhü və təhlükəsizliyi qorumaq istəyini bölüşür.