26 oktyabr 2025 21:57
96

Rusiya səmasında Ukraynanın 26 PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Kursk vilayətləri üzərində Ukraynaya məxsus 26 sabit qanadlı pilotsuz uçan aparatı məhv edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 11:00-dan 16:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 26 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, - məlumatda deyilir.