27 oktyabr 2025 00:38
109

İndoneziyada 6,3 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Timor adasının sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 282 min insanın yaşadığı Kupanq şəhərindən 129 km şimalda, ocağı isə 84 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.