27 oktyabr 2025 01:06
94

“El-Klasiko” dava ilə yekunlaşıb

"La Liqa"nın X turunun final fitindən sonra "Real Madrid" və "Barselona"nın futbolçuları arasında dava düşüb.

“İki sahil” xəbər verir ki, qarşılaşma Madriddə baş tutub.

"Kral klubu" 2-1 hesabı ilə qalib gəlib. Mübahisə əvəzedicilərin oturacaqlarının yaxınlığında baş verib.

"Real Madrid"in braziliyalı müdafiəçisi Eder Militao və klubun ehtiyat qapıçısı ukraynalı Andriy Lunin sarı vərəqə ilə cəzalandırılıb.