İngiltərə Premyer Liqasının (İPL) 9-cu turunda öz meydanında "Kristal Pelas"ı 1:0 hesabı ilə məğlub edən "Arsenal" bütün turnirlərdə ardıcıl 5-ci "quru" qələbəsini qazanıb.
"Topçular" uğurlu seriyaya oktyabrın 1-də "Olimpiakos"u UEFA Çempionlar Liqasında (ÇL) 2 cavabsız qolla yenərək start veriblər.
Ardından Mikel Artetanın komandası İPL-də "Vest Hem"i (2:0) və "Fulhem"i (1:0) üstələyib. Daha sonra "topçular" Londonda baş tutan ÇL matçında "Atletiko Madrid"i darmadağın ediblər.
Xatırladaq ki, 22 xalla İPL-in turnir cədvəlinə başçılıq edən "Arsenal" növbəti oyununu İngiltərə Liqa Kubokunun 4-cü raundunda "Brayton"a qarşı keçirəcək.
Fanat.Az