27 oktyabr 2025 03:14
114

Vyetnam və ABŞ birgə bəyanat imzalayıblar

Vyetnam və ABŞ ədalətli və balanslaşdırılmış ticarət haqqında sazişin şərtlərinin razılaşdırılmasını başa çatdırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.

Yeni razılaşma iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirməyi və qarşılıqlı bazarlara çıxışı genişləndirməyi hədəfləyir.

Birgə bəyanat Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 47-ci ASEAN sammitinin kuluarlarında imzalanıb.

Məlumata görə, qarşıdakı bir neçə həftə ərzində Vyetnam və ABŞ sənədin texniki hissəsini yekunlaşdıracaq, imzalanma prosedurlarını həyata keçirəcək və yeni ticarət razılaşması qüvvəyə minəcək.