Bakıda yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi evdə, ilkin ehtimalla, elektrik cərəyanının qısaqapanması səbəbindən yanğın baş verib.
Yanğın zamanı evdə olan evin sahibi Şahin Məmmədli aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.