27 oktyabr 2025 09:40
105

12 yaşlı qızı maşın vurub

Abşeronda avtomobil 12 yaşlı qızı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə Abşeron rayon Saray qəsəbəsində qeydə alınıb.

Sadıqov Sadıq Şəmsəddin oğlu idarə etdiyi "Chevrolet Cobalt" markalı minik avtomobili piyada 2013-cü il təvəllüdlü Məmmədli Əzizə Seymur qızını vurub. Hadisə nəticəsində sonuncu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.