27 oktyabr 2025 10:55
98

Trampdan Rusiya aktivləri ilə bağlı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı müzakirələrdə iştirak etmədiyini bəyan etdi.

“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Daha əvvəl media orqanları Avropa İttifqını Belçikaya təzyiqi artırdığını, təxminən 190 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərinin Ukraynaya "təzminat krediti" vermək üçün istifadəsinə icazə verməsini bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Avropa İttifaqı Rusiya aktivlərini Ukraynaya ötürərsə, Moskva son dərəcə sərt cavab verəcək.